Yazını böyüt
Yazını kiçilt
Bu gün Svetitsxoveli Katedralında Gürcüstanın yeni seçilmiş 142-ci Katolikos-Patriarxı Müqəddəs Şio III taxta çıxıb.
Hafta.az xəbər verir ki, bununla bağlı mərasim keçirilib. Təntənəli liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları, yəni patriarxal mitr, eləcə də tac və xaç - panagiya təqdim edilib.
Məbəddə hökumətin və Nazirlər Kabinetinin üzvləri, eləcə də "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili iştirak ediblər.